Bakı. Trend:
Bu ilin 6 ayı ərzində Bakıda 30 quldurluq hadisəsi qeydə alınıb.
Trend-in məlumatına görə, bunu bu gün Bakı şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində Bakı şəhər prokuroru Elşən Abbasov deyib.
O bildirib ki, baş verən quldurluq hadisəsinin 97,1 %-nin açılması təmin edilib.
"Müvafiq dövr ərzində ölümlə nəticələnən 100 yol-nəqliyyat hadisəsi qeydə alınıb və həmin hadisələrin açılması təmin edilib", - E. Abbasov deyib.