...

10 min dollara civə satmaq istəyən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 26 İyul 2022 12:25 (UTC +04:00)
10 min dollara civə satmaq istəyən şəxs saxlanılıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

10 min dollara civə satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfər şəxsin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

Həyata keçirilən tədbir nəticəsində həmin şəxs Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

Fakla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Cinayət işi başlanılıb. Məhkəmə tərəfindən Toğrul Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti