...

Yevlaxda yataqxanadakı yanğın söndürülüb (VİDEO)

Hadisə Materials 9 Avqust 2022 20:21 (UTC +04:00)
Yevlaxda yataqxanadakı yanğın söndürülüb (VİDEO)

Bakı. Trend:

Yevlax şəhərində yerləşən beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

xxx

19:28

Yevlaxda yataqxana yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, FHN-in "112" qaynar telefon xəttinə Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Trend-in yerli bürosunun məlumatına görə, sakinlər binadan təxliyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti