...

Şahdağ Milli Parkında yanğın başlayıb

Hadisə Materials 15 Avqust 2022 16:59 (UTC +04:00)
Şahdağ Milli Parkında yanğın başlayıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, rayonun Tikanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı Trend-ə təsdiqləyib.

O, bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib:

“Hazırda ETSN və FHN əməkdaşlararı yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”, -deyə İ. İbrahimova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti