Xətai rayonunda mənzildə meyit tapılıb

Hadisə Xəbər 20 Avqust 2022 17:03 (UTC +04:00)

Bakı. Trend:

Xətai rayonunda mənzildə meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti