...

İrandan Azərbaycana narkotik keçirən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 26 Avqust 2022 14:47 (UTC +04:00)

Bakı. Trend:

Avqust ayının 26-da saat 03:05-də “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Arazbarı kəndi yaxın­lığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 (bir) nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkət edərək mühəndis çəpərinə yaxınlaşması və dərhal geri qayıtması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, qeyd olunan ərazi qapadılmış və nəzarətə götürülmüşdür. Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 03:40-da sərhədboyu ərazidə gizlin yerdən naməlum əşya götürən bir nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Saxlanılan şəxsin Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Balakişiyev Zeynalabdin Fəxrəddin oğlu olması müəyyənləşdirilmiş, şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində 18 kq 385 qram narkotik vasitəyə bənzər maddələr (14 kq 755 qram “marixuana” və 3 kq 630 qram “tiryək”) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti