...

Buzovnada məişət tullantıları yanır

Hadisə Materials 27 Sentyabr 2022 19:50 (UTC +04:00)
Buzovnada məişət tullantıları yanır

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində açıq ərazidə məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Trend nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti