Bakı. Trend:
2022-ci ilin 9 ayı ərzində respublika ərazisində 14544 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 1313 hadisə və ya 10% çoxdur.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 262 nəfər xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 90 nəfər xilas edilib, 1033 nəfər təxliyə olunub.