...

Sərhədi qanunsuz keçmək istəyən Hindistan vətəndaşı saxlanılıb

Hadisə Materials 9 Dekabr 2022 15:14 (UTC +04:00)
Sərhədi qanunsuz keçmək istəyən Hindistan vətəndaşı saxlanılıb

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Dekabr ayının 9-da saat 01:45-də Dövlət Miqrasiya Xidməti ilə birgə həyata keçirilmiş tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin(DSX) Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Respublikasından Gürcüstan Respublikası istiqamətində keçməyə cəhd edən Hindistan Respublikası vətəndaşı 1998-ci il təvəllüdlü Ponnaganti Ayyappa Reddy oğlu saxlanılıb.

Bu barədə DSX-dən Trend-ə bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin rəsmi qaydada ölkə ərazisinə gəlməsi, daha sonra dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa olkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilmişdir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti