...

İran vətəndaşları Azərbaycanda narkotiklə saxlanıldı - Əməliyyat görüntüləri (VİDEO)

Hadisə Materials 10 Dekabr 2022 16:24 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İran vətəndaşları Azərbaycanda narkotiklə saxlanıldı.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.

Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti