...

Tovuzda borc üstə qətl törədən şəxsə 12 il cəza verildi

Hadisə Materials 15 Dekabr 2022 14:27 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Əyyublu kəndində həmkəndlisi Bəxtiyar Əkbərovu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Tural Hüseynovun məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Hüseynov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu ilin mayın 5-də baş verib.

İttihama görə, qətl borc üstündə törədilib. Belə ki, tanışı Turala Bəxtiyarın onun zənglərinə cavab vermədiyini və ona borcu olduğunu deyib. Tural bu mövzu ilə bağlı mərhumun evinin önündə onunla danışmağa gedib. Bu zaman Bəxtiyarla Tural arasında mübahisə yaranıb və Bəxtiyar ona qarşı nalayiq ifadələr işlədib. Tural sərxoş olduğundan bundan qəzəblənib və bıçaqla Bəxtiyarın ürəyindən vuraraq onu qətlə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti