...

Saatlıda zəlzələ olub

Hadisə Materials 15 Dekabr 2022 23:49 (UTC +04:00)
Saatlıda zəlzələ olub

Bakı. Trend:

Saatlı rayonunda 3,9 maqnitudalı zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:04-də Saatlı stansiyasından 22 kilometr cənub-şərqdə, Saatlı rayonunda qeydə alınıb.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti