...

Balakəndə evdə yanğın olub

Hadisə Materials 18 Dekabr 2022 20:57 (UTC +04:00)
Balakəndə evdə yanğın olub

Bakı. Trend:

Balakən rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Şambul kəndində ümumi sahəsi 160 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti