Bakı. Trend:
Ötən iki ay ərzində Bakıda 400-dən artıq yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat veerilib.
Məlumatda bildirilir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında quraşdırılmış videomüşahidə kameraları vasitəsi ilə 400-dən çox yol-nəqliyyat hadisəsi qeydiyyata almışdır ki, bunun da böyük hissəsi maddi ziyanla və bəzən xəsarətlə nəticələnən qəzalardır.
Aparılan müşahidələrə əsasən, hadisələrin əsas səbəbi ara məsafəsinə düzgül əməl edilməməsi, sürət həddinin aşılması, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyidir. Günün müxtəlif vaxtlarında baş vermiş qəzalar nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olaraq yollarda sıxlığa səbəb olur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücüləri yollarda son dərəcə diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etməyə çağırır.