...

Oğuzda oğurluq edən şəxs saxlanılıb (VİDEO)

Hadisə Materials 23 Dekabr 2022 16:27 (UTC +04:00)
Oğuzda oğurluq edən şəxs saxlanılıb (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Oğuz şəhəri ərazisində yerləşən kompüter təmiri məntəqəsindən oğurluq edilməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub. Gecə saatlarında obyektə daxil olan naməlum şəxs oradan 1500 manat pul oğurlayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Elçin Mahmudov saxlanılıb. O, ifadəsində əməlini etiraf edib və oğurladığı pulu xərclədiyini bildirib.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti