...

Yevlaxda 40 yaşlı kişi avtomobili ilə itkin düşüb (FOTO)

Hadisə Materials 4 Yanvar 2023 12:18 (UTC +04:00)
Yevlaxda 40 yaşlı kişi avtomobili ilə itkin düşüb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yevlax rayonunda 40 yaşlı kişi itkin düşüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yevlax rayonunun Hacıselli kəndində yaşayan 1983-cü il təvəllüdlü Rəşad Kərimov ötən ilin dekabr ayının 30-da idarə etdiyi “Niva” markalı avtomobillə yaşadığı ünvanı tərk edərək geri qayıtmayıb.

Onun əlamətləri belədir: 172 sm boyu, gözlərinin rəngi qəhvəyi, qısa qara saçlı, orta bədən quruluşludur. Əynində boz rəngli cins şalvar, göy və ağ rəngli köynək, qara rəngli qısa gödəkçə, ayağında göy rəngli ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan Yevlax Rayon Polis Şöbəsinin 022-336-45-02 və 050-682-21-02 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti