...

Prokuror narkotik alverində təqsirləndirilən AXCP üzvünə 7 il 6 ay cəza istədi

Hadisə Materials 6 Yanvar 2023 13:16 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Trend-in məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror C.Mirzəyevin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi yanvarın 13-də davam edəcək.

İttihama görə, C.Mirzəyev 25 noyabr 2021-ci ildə Almaniyadan deportasiya edilib və ötən il yanvarın 27-də həbs olunub. DİN Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılarkən üzərindən 12 qram heroin, 4 ədəd narkotik tərkibli həb tapılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti