...

4 rayonda qanunsuz ağackəsmə faktları üzrə cinayət işləri başlandı

Hadisə Materials 10 Yanvar 2023 14:31 (UTC +04:00)
4 rayonda qanunsuz ağackəsmə faktları üzrə cinayət işləri başlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın 4 rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Ağdam, Balakən, Qusar və Ağsu rayonu ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində 398 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanaraq aidiyyəti istintaq orqanlarına göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti