...

Keçmiş məhkumların avtomobilindən narkotik götürülüb (FOTO)

Hadisə Materials 12 Yanvar 2023 09:33 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələr və həb aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Namiq Babazadə və Əfqan Mahmudzadənin idarəsində olan avtomobil saxlanılıb.

Avtomobildə aparılan axtarış zamanı 2 kiloqramdan artıq marixuana, 1 kiloqramdan artıq heroin və 300 metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti