...

Daşkəsəndə qanunsuz ov silahları müsadirə edilib (FOTO)

Hadisə Materials 13 Yanvar 2023 10:08 (UTC +04:00)

Bakı. Trend:

Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən müvafiq tədbirləri nəticəsində Çovdar kənd sakinləri Eytibar Abdullayev, Zabil Sadıqov və Coşqun Mikayılovdan “TOZ” markalı 16 kalibrli, Qabaqtəpə kənd sakini Elşən Qasımovdan isə 20 kalibrli, müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb. Keçiriln digər tədbirlər nəticəsində isə vətəndaşdan 8 ədəd əl qumbarası, 200 ədəd “pulemyot-Kalaşnikov” silahına məxsus 7.62 mm-lik patron, 1 ədəd avtomat darağı və 365 ədəd “Kalaşnikov” avtomatına məxsus 7.62 mm-lik patron aşkar edilərək götürülüb.

Bundan başqa şöbə əməkdaşlarının vətəndaşlar arasında apardığı mütəmadi profilaktiki söhbətlərin nəticəsində rayon sakini Elfaq Abbasov babasından qalma 2 ədəd müvafiq sənədləri olmayan ov tüfənglərini polisə könüllü təhvil verilib.

Aşkar edilən müxtəlif marka və kalibirli ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti