...

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 15 Yanvar 2023 12:04 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Göyçayda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, Göyçay rayon sakini Emil Osmanov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Kürdəmiş kəndi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan piyada, 1969-cu il təvəllüdlü Eldar Zülfüqarovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti