Bakı. Trend:
İsveçin payrtaxtı Stokholmda şimal-qərbində partlayış baş verib.
Trend-in TASS-a istinadən məlumatına görə, partlayıcı qurğu yerli vaxtla 4:27-də ofis binalarının birinin yaxınlığında partlayıb. Bir neçə şirkətin ofisinin yerləşdiyi binaya ciddi zərər dəyib.
Polis insidentin İsveç paytaxtındakı əvvəlki hadisələrlə əlaqəsini müəyyən etməyə çalışır.
Qeyd edək ki, ötən gün Stokholmun mərkəzindəki Syodermalm rayonunda restoranlardan birinin yaxınlığında güclü partlayış binaya girişi tamamilə dağıdıb. Dekabrın sonları-yanvarın əvvəlllərində də şəhərdə yaşayış evlərinin yaxınlığında bir neçə partlayış olub.