...

Bakıda ofisə basqın edildi, obyekt sahibi döyüldü

Hadisə Materials 3 Fevral 2023 12:41 (UTC +04:00)
Bakıda ofisə basqın edildi, obyekt sahibi döyüldü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ofisə basqın edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində baş verib.

Dünən gecə saatlarında Samir Qarayev adlı şəxs idmançı dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Allahverdiyev Musa Allahverdi oğlunu döyüb.M. Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində iki nəfərin obyekt sahibi M.Allahverdiyevi döyərək xəsarət yetirmələri barədə polis orqanına məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti