...

Bakı sakini vətəndaşlara qarşı 50 min manata yaxın dələduzluq edib

Hadisə Materials 6 Fevral 2023 11:45 (UTC +04:00)
Bakı sakini vətəndaşlara qarşı 50 min manata yaxın dələduzluq edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda vətəndaşlara qarşı 50 min manata yaxın dələduzluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsində aparılan araşdırmalarla bir nəfərin 2018-2021-ci illər ərzində Bakı şəhər sakini olan 3 nəfərin 9.300, 14.800 və 8.400 manat pullarının dələduzluq yolu ilə talanması aşkarlanıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən paytaxt sakini Xətai Əlizadə saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs Bakı şəhər sakini olan daha bir nəfəri aldadaraq 14.000 manatını talaması da müəyyən olunub.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti