...

Türkiyədə bir-birinin ardınca daha iki güclü zəlzələ oldu (VİDEO)

Hadisə Materials 6 Fevral 2023 14:36 (UTC +04:00)
Türkiyədə bir-birinin ardınca daha iki güclü zəlzələ oldu (VİDEO)

Bakı. Trend:

Türkiyədə bir-birinin ardınca daha iki güclü zəlzələ olub.

Trend xəbər verir ki, zəlzələ təkanları Türkiyənin Kahramanmaraş, Adana, Hatay, Osmaniye ve Mersin rayonlarında qeydə alınıb.

İlk zəlzələ 7.6 bal gücündə olub. Daha sonra isə 6.3 bal gücündə daha bir zəlzələ baş verib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 912 nəfər həyatını itirib, 5 385 nəfər yaralanıb, 2 470 nəfər dağıntılar altından xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti