Bakı. Trend:
Bakıda həbsxanadan çıxan keçmiş məhkum yenidən cinayət törədib.
Daxili İşlər nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda avtobusda bir qadının çantasından 570 manat, sənəd və bank kartı olan cüzdanı oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü əvvəllər dəfələrlə məhkum olunmuş Məhəmməd Əliyev saxlanılıb. Araşdırma aparılır.