...

Saatlı rayonunda ev yanıb

Hadisə Materials 15 Fevral 2023 08:54 (UTC +04:00)
Saatlı rayonunda ev yanıb

Bakı. Trend:

Saatlı rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Bəylər kəndində ümumi sahəsi 63 m² olan birmərtəbəli evin qamışdan ibarət tavanı, dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti