...

İsmayıllıda qanunsuz ağac kəsən şəxs müəyyən edilib

Hadisə Materials 16 Fevral 2023 20:03 (UTC +04:00)
İsmayıllıda qanunsuz ağac kəsən şəxs müəyyən edilib

Bakı. Trend:

İsmayıllı rayonunun Quşencə kəndi ərazisindəki meşə sahəsində vələs ağaclarının kəsilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində həmin ağacların kənd sakini Coşqun Mitəlov tərəfindən kəsildiyi müəyyən edilib və onun izahatı alınıb.

Faktla bağlı şöbənin təhqiqat bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti