...

Bakıda kişi sevgilisini otelin pəncərəsindən atdı

Hadisə Materials 17 Fevral 2023 10:15 (UTC +04:00)
Bakıda kişi sevgilisini otelin pəncərəsindən atdı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda sevgilisi qadını otelin pəncərəsindən yerə atıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə fevralın 16-da bir qadının xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Araşdırmalarla həmin gün saat 19 radələrində rayon ərazisində yerləşən otellərin birində Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Qənbərovun qeyri-rəsmi nikah münasibətində olduğu həmin qadını 6-cı mərtəbənin pəncərəsindən yerə atması və onun 3-cü mərtəbədəki çardağın üzərinə düşməsi nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsinə əsaslı şübhələr müəyyən olunub.

Adam öldürməyə cəhddə şübhəli bilinən Ş.Qənbərov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti