...

Bakıda evə silahlı basqın olub

Hadisə Materials 17 Fevral 2023 10:25 (UTC +04:00)
Bakıda evə silahlı basqın olub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda mənzilə silahlı basqın edilib.

Trend-in məlumatına görə, hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsindəki evlərdən birində baş verib. Evə girən şəxs əlindəki tüfəngin qundağı ilə evdə olan V.Vahidovun başına xəsarət yetirərək ondan pul tələb edib.

Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Tahir Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş tüfəng götürülüb.

Suraxanı Rayon Polis İdarəsində faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti