...

Bakıda tapança satmaq istəyən şəxs saxlanıldı

Hadisə Materials 17 Fevral 2023 11:15 (UTC +04:00)
Bakıda tapança satmaq istəyən şəxs saxlanıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda odlu silah satmaq istəyən şəxs yaxalanıb.

Trend-in məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz odlu silah-sursat gəzdirən Vüsal Əzimovu saxlayıb.

Üzərinə baxış zamanı ondan 1 ədəd “Naqan” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Vüsal Əzimov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti