...

Qubada qanunsuz kömür quyusu aşkarlandı

Hadisə Materials 6 Mart 2023 10:15 (UTC +04:00)
Qubada qanunsuz  kömür quyusu aşkarlandı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qubada qanunsuz kömür quyusu aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkar edilib.

Qanunsuz kömür istehsal edənin rayon sakini Yavər Hüseynov olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti