...

Azərbaycanda son iki gündə 24,5 kiloqram narkotik aşkarlanıb

Hadisə Materials 20 Mart 2023 10:43 (UTC +04:00)
Azərbaycanda son iki gündə 24,5 kiloqram narkotik aşkarlanıb

Bakı. Trend:

Azərbaycanda son iki gündə 24,5 kiloqram narkotik aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının martın 18-də və 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,5 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 6 kiloqramdan artıq heroin, 8,5 kiloqrama yaxın marixuana, 3,9 kiloqramdan artıq həşiş, 4 kiloqramdan çox tiryək, 2,1 kiloqramdan çox metamfetamin, 288 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti