...

Yol qəzası nəticəsində xəsarət alan Mehriban Zəkinin vəziyyəti orta ağırdır

Hadisə Materials 22 Mart 2023 19:55 (UTC +04:00)
Yol qəzası nəticəsində xəsarət alan Mehriban Zəkinin vəziyyəti orta ağırdır

Bakı. Trend:

Yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları dərhal əraziyə cəlb edilib.

Trend xəbər verir ki, Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, hazırda Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilir.

Xəbər lenti

Xəbər lenti