...

Xaçmazda tanışından fotolarını yayacağı hədəsi ilə pul tələb edən şəxs saxlanılıb

Hadisə Materials 27 Mart 2023 12:51 (UTC +04:00)
Xaçmazda tanışından fotolarını yayacağı hədəsi ilə pul tələb edən şəxs saxlanılıb

Bakı. Trend:

Xaçmazda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayon ərazisində quldurluq edilməsi ilə bağlı məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Abdul Əlislamov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, həmin şəxs tanışı E.Kərimovu ötən ilin oktyabr ayında əllərini bağlayaraq fotoşəkillərini çəkib və yayacağı hədəsi ilə 5000 manat pul tələb edib, 3500 manat aldıqdan sonra isə onu sərbəst buraxıb.

Araşdırmalar zamanı A.Əlislamovun əmisinə məxsus ov silahını oğurlaması və qəbiristanlığın həyətindəki ziyarətgahda gizlətməsi də məlum olub.

Həmçinin məlum olub ki, A.Əlislamov həmkəndlilərinə məxsus iki baş iribuynuzlu heyvanı oğurlamaqla zərərçəkmişlərə ümumilikdə 3200 manat ziyan vurub.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Abdul Əlislamovun barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti