...

Kanadada 135 nəfər dəm qazından zəhərlənib

Hadisə Materials 9 Aprel 2023 07:54 (UTC +04:00)

Bakı. Trend:

Kanadanın Kvebek vilayətinin Montreal şəhərində bölgədə yağışlardan sonra elektrik enerjisinin bərpasını gözləyən ən azı 135 nəfər dəm qazından zəhərlənib.

Trend-in məlumatına görə, bu barədə "CBC" televiziya kanalı vilayətin Səhiyyə Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, aprelin 5-dən etibarən 135 nəfər dəm qazından zəhərlənərək tibb müəssisələrinə aparılıb.

Xüsusilə, istilənmək və öz yeməklərini bişirmək üçün insanlar qapalı kömür və ya qaz manqallarından istifadə edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti