...

Bakıda "Mercedes" iki qadını vurdu, biri öldü

Hadisə Materials 15 Aprel 2023 09:43 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimçi rayonu ərazisində baş verib. Məmmədzadə Səmədulla Yədulla oğlu idarə etdiyi Mercedes-Benz markalı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, “Zabitlər Parkı” adlanan ərazinin qarşısında hərəkətdə olan zaman idarəetməni itərərək yolu keçmək istəyən piyadalar 1975-ci il təvəllüdü Süleymanlı Aynurə Əşrəf qızını və 1966-cı il təvəllüdlü Tağıyeva Mehriban Yaşar qızını vurmuş, nəticədə Mehriban Tağıyeva hadisə yerində ölmüş və Aynurə Süleymanlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Nəsimi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti