...

Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Hadisə Materials 22 Aprel 2023 07:11 (UTC +04:00)
Kolumbiyada mədəndə partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb

Bakı. Trend:

Xilasedicilər Kolumbiyanın Kukunuba bələdiyyəsində kömür mədənində baş verən partlayışdan sonra itkin düşdüyü hesab edilən 4 mədənçinin cəsədini tapıblar.

Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi bölgənin yanğın xidmətinə istinadən bildirib.

Kundinamarka departamentinin qubernatoru Nikolas Qarsia Bustos öz "Twitter" səhifəsində daha iki nəfərin cəsədinin səthə çıxarıldığını təsdiqləyib.

İlkin məlumata görə, aprelin 20-də baş verən partlayışa səbəb qazın yığılması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti