...

Tərtərdə törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

Hadisə Materials 27 Aprel 2023 17:37 (UTC +04:00)
Tərtərdə törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Aprelin 27-də saat 15 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyitin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, ilkin araşdırma zamanı Tərtər rayonunun Söylən kənd sakini 1984-cü il təvəllüdlü Qaryağdı Allahverdiyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti