...

Quba sakinlərindən qanunsuz odlu silahlar götürülüb (FOTO)

Hadisə Materials 1 May 2023 11:19 (UTC +04:00)
Quba sakinlərindən qanunsuz odlu silahlar götürülüb (FOTO)

Bakı. Trend:

Quba sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd "Toz" markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.

Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti