Bakı. Trend:
Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 28 milyon 565 min 509 manat оlan qaçaqmal tutulub.
Trend xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin yaydığı məlumatda deyilir.
Məlumata görə, о cümlədən 9 mm-lik tapança patronları, video-çəkilişlərin aparılması üçün nəzərdə tutulmuş dronlar, qızıl-zinət əşyaları, narkotik vasitə və tütün məmulatları saxlanılıb.