Bakı. Trend:
Ölkə ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Qax, Lerik və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən kömür quyuları aşkar edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Trend-ə bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Tülər kənd sakini Nemət Dadaşov, Gültəpə kənd sakini Taleh Zülfüqarov, Qax rayonu Lələpaşa kənd sakinləri Yusif və Anar Əliyevlər, Lerik rayonu Daster kənd sakini Mirkazım Əzizov, Göygöl rayonu Toğanalı kənd sakinləri Şöhrət Ocaqverdiyev və Həsən Həsənov olduğu müəyyən edilib.
“Qanunsuz kömür istehsal edən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”.