...

Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 26 May 2023 09:08 (UTC +04:00)
Bakıda yaşayış binasında yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağına yığılan məişət və taxta tullantıları 15 m² sahədə yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti