...

Bakıda evdə yanğın olub

Hadisə Materials 1 İyun 2023 01:54 (UTC +04:00)
Bakıda evdə yanğın olub

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda ümumu sahəsi 100 m² olan, tikintisi başa çatmayan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 2 m² sahədə, 1 ədəd qapı və 1 m² sahədə yığılan taxta tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi və yaxınlıqdan keçən qaz xətti yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti