...

Gəncə və Naftalanda subasmaya məruz qalan ərazilərdə tədbirlər görülüb (FOTO)

Hadisə Materials 18 İyun 2023 20:23 (UTC +04:00)
Gəncə və Naftalanda subasmaya məruz qalan ərazilərdə tədbirlər görülüb (FOTO)

Bakı. Trend:

Ölkə ərazisində davam edən qeyri-sabit və yağmurlu hava şəraiti bir sıra fəsadlara səbəb olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Gəncə şəhərinin "Yeni məhəllə" adlanan ərazisində fərdi yaşayış evinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Bununla əlaqədar dərhal əraziyə cəlb edilən FHN Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bundan əlavə, FHN-in “112" qaynar telefon xəttinə daxil olmuş müraciət əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan Şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən Naftalan şəhərində su basmış ərazidən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti