...

Naxçıvanda 17 yaşlı qız qətlə yetirilib

Hadisə Materials 19 İyun 2023 11:55 (UTC +04:00)

Bakı. Trend:

Naxçıvanda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Muxtar Respublikanın Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, xəbər verildiyi kimi iyunun 18-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda cinayət işi başlanıb. (https://genprosecutor.gov.az/az/post/6435)

Prokurorluq və Daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən birgə keçirilən tədbirlər nəticəsində 1999-cu il təvəllüdlü Sərvin Məmmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi Aysun İbrahimovaya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Sərvin Məmmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti