...

Xəzərdə baş verən zəlzələ Qazaxıstan və Dağıstanda da hiss olunub

Hadisə Materials 4 İyul 2023 06:50 (UTC +04:00)
Xəzərdə baş verən zəlzələ Qazaxıstan və Dağıstanda da hiss olunub

Bakı. Trend:

Çərşənbə axşamı gecəsi Xəzər dənizində Azərbaycan sahillərində baş verən zəlzələ Qazaxıstan və Dağıstanda da hiss olunub.

Trend xəbər verir ki, Qazaxıstanda yeraltı təkanlar Aktau şəhərində, Dağıstanda isə Dərbənd şəhərində hiss edilib.

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar bir sıra rayonlardan və Bakıda hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti