...

Ziya Bünyadov prospektində bordürə çırpılan motosikletin sürcüsü ölüb

Hadisə Materials 20 Sentyabr 2023 09:29 (UTC +04:00)
Ziya Bünyadov prospektində bordürə çırpılan motosikletin sürcüsü ölüb
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakının Ziya Bünyadov prospektində motosiklet bordürə çırpılıb, bir nəfər ölüb.

Trend xəbər verir ki, bu gün gecə Masallı rayon sakini 1988-ci il təvəllüdlü Sadıqov Azər Böyükağa oğlu idarə etdiyi "Yamaha" markalı motosiklet ilə Bakı şəhəri, Nizami rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olarkən Koroğlu metrostansiyasının üzərində yerləşən körpüyə çatmamış bordürə dəyib.

Nəticədə A.Sadıqov hadisə yerində ölüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti