...

Azərbaycan Ordusuna məxsus yük maşını minaya düşdü - 2 hərbçi həlak oldu, 1-i yaralandı

Hadisə Materials 25 Sentyabr 2023 12:43 (UTC +04:00)
Azərbaycan Ordusuna məxsus yük maşını minaya düşdü - 2 hərbçi həlak oldu, 1-i yaralandı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.

Trend xəbər verirn ki, bu barədə MN məlumat yayıb.

Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti