...

Masallıdakı yanğında xəsarət alanların sayı açıqlanıb - RƏSMİ (YENİLƏNİB)

Hadisə Materials 6 Oktyabr 2023 19:53 (UTC +04:00)
Masallıdakı yanğında xəsarət alanların sayı açıqlanıb - RƏSMİ (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

06.10.2023-cü il tarixində Masallı şəhərində ticarət mərkəzində baş vermiş yanğınla bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, dərhal hadisə yerinə 4 təcili yardım briqadası cəlb edilib.

Yanğında xəsarət alan 7 nəfər (kişi) təcili tibbi yardım briqadası tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Xəsarət alan şəxslərdən 6 nəfəri yanğın tüstüsünün təsiri, 1 nəfər isə sol saidin kəsilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olub. Zərərçəkənlərə dərhal zəruri tibbi yardım göstərilib, 1 nəfər müvafiq tibbi yardımdan sonra (sol saidin kəsilmiş yarası diaqnozu) ambulator müalicə üçün evə buraxılıb.

Digər 6 nəfərin müşahidədə saxlanılmaqla müalicəsi davam etdirilir.

xxx

16:56

Oktyabrın 6-da saat 16:19-da Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması ilə bağlı TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

Bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, hadisə ilə bağlı 5 nəfər (cinsi kişi) Masallı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

1 nəfərə sol qolun kəsilmiş yaraları, 4 nəfərə tüstü zəhərlənməsi diaqnozu ilə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti